DS-ın iclasında Şahnaz Əmənova dissertasiya işini müdafiə edib 2017-10-27 04:38:00 / ELMİ İCLASLAR

Oktyabrın 27-də  akademik  Ramiz Məmmədovun  sədrliyi ilə  keçən Dissertasiya şurasının iclasında Şahnaz Əmənova 5408.01 fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası ixtisası üzrə c.ü.f.d.  elmi dərəcəsi almaq üçün  “Acınohur öndağlığı və bitişik ərazilərin  müasir landşaftlarının transformasiyasının ekocoğrafi xüsusiyyətləri” mövzusunda yazdığı dissertasiya işini müdafiə edib.

Şahnaz Əmənovaya coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi haqqında AR Prezidenti yanında AAK  qarşısında vəsatət qaldırılması  barədə  gizli səsvermə yolu ilə qərar qəbul edilib.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024