Cİ-nin alimləri Xəzəryanı ərazidə ekspedisiyada olublar 2017-10-17 01:14:00 / MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutunun əməkdaşları,  coğrafiya üzrə fəlsəfə doktorları -  dosent Müseyib Yunusov, dosent Zaur İmrani, Elina Kərimova, dosent  İrina Kuçinskaya  və Seymur Məmmədov “Geomorfologiya və dinamikanın tədqiqi, eləcə də dəniz səviyyəsinin dəyişkənliyi şəraitində Azərbaycanın Xəzəryanı ərazisində  sosial-iqtisadi və ekoloji vəziyyət” layihəsi çərçivəsində  respublikanın cənub regionunda olub, Lənkəran, Astara, Masallı və Neftçala rayonlarının sahilyanı ərazisi boyunca tədqiqatlar  aparıblar.

Ekspedisiya zamanı alimlər sahil xəttinin müasir vəziyyəti, regionda yaranmış  ekoloji durum, sosial-iqtisadi vəziyyət  və infrastrukturla tanış olub, son günlərin sel yağıntıları nəticələrinin moritorinqini aparıblar.  Kür məcrası və Qızılağac qoruğu daxilində sahil xəttinin  dinamikası ayrıca olaraq öyrənilib.