Elmi seminarda Bakı buxtasının çirklənmiş akvatoriyası haqqında məruzə dinlənilib 2017-10-11 02:55:00 / ELMİ İCLASLAR

Oktyabrın 11-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu elmi  seminarının növbəti iclası  keçirilib.

AMAKA-nın (Azərbaycan Milli Aerokosmik Agentliyi) doktorantı Balaxanım Ağarzayeva “Bakı buxtasının çirklənmiş akvatoriyasının rayonlaşdırılması” mövzusunda məruzə edib. Məruzəçi  tədqiq etdiyi ərazini çirklənmə səviyyəsinə görə aşağı, orta, yüksək və ekstrimal zonalara ayırıb, sahələrini müəyyənləşdirib, çirklənmənin tərkibini ayırd edib, küləyin və digər təbii amillərin təsiri  nəticəsində onun yayılma arealını dəqiqləşdirib.

Sonra “İqlim və aqroiqlim” şöbəsinin  böyük elmi işçisi Mətləb Rəhimov elmi işçi Emil Cəbrayılovla birlikdə AMEA-nın  Yüksək Texnologiyalar Parkında iştirak etdikləri təlimlər haqqında məlumat verib. Məruzəçi elmi-tədqiqat işlərinin aparılması məqsədilə Coğrafiya İnstitutuna ayrılan AMEA Elm və Texnologiya Parkının (ETP) istehsalı olan və dünya standartlarına cavab verən  multirotor tipli pilotsuz uçan aparatlar haqqında geniş məlumat verib. Bildirilib ki, onların iştirak etdikləri təlimlər dronların sərbəst idarəedilməsi qabiliyyətini  mənimsəməkdə elmi işçilərə yardımçı olacaq.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017