Tədqiqatçılar Sumqayıtçay-Ataçay aran düzən torpaqlarında ekspedisiyada olublar 2017-09-30 02:10:00 / MÜHÜM HADİSƏLƏR

AMEA  akad.H.Əliyev adına Coğrafiya İnstitutunun Torpaq coğrafiyası şöbəsinin əməkdaşları  - şöbə müdiri,  a.ü.f.d.  İsmayıl Quliyev və c.ü.f.d. Tahirə Salmanova iyulun 5-dən 14-dək Sumqayıtçay-Ataçay aran düzən torpaqlarının tədqiqi ilə bağlı ekspedisiyada olmuşlar.

Tədqiqatçılar respublikamız üçün mühüm əhəmiyyət kəsb edən bu coğrafi ərazinin torpaq örtüyünün müasir vəziyyəti və yeni suvarmaya cəlb edilən torpaqların gələcək taleyi ilə bağlı maraqlı çöl-tədqiqat işləri aparmışlar. Yaxınlarda əldə edilən nəticələr bu torpaqlardan daha düzgün və səmərəli  istifadə etməyə imkan yaradacaq.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017