Cİ-nin elmi iclasları işinə başladı 2017-09-28 02:34:00 / ELMİ İCLASLAR

Sentyabrın 27-də AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi şura  ilə elmi seminarının yay tətilindən sonra  ilk birgə iclası öz işinə başladı.

İnstitutun direktoru, akademik Ramiz Məmmədov institut kollektivinə gələcək fəaliyyətində uğurlar arzuladı və iclas iştirakçılarını gündəlikdə duran  məsələlərlə tanış etdi.

Sonra BDU-nun dissertantı və Gəncə Dövlət Universitetinin müəllimi Xudu Məmmədovun “Kür hövzəsinin çay axımının idarə olunmasının hidroloji əsasları” mövzusunda məruzəsi dinlənildi.

Cİ-nin dissertant Rauf Amanov “Quba-Xaçmaz iqtisadi rayonunda əhalinin məskunlaşmasının öyrənilməsində CİS texnologiyalarının tətbigi” mövzusunda məruzə etdi.

İclas müxtəlif məsələlərin müzakirəsi ilə tamamlandı.

 

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024