AMEA əməkdaşlarına “Web of Science” üzrə sertifikatlar təqdim olunub 2017-07-13 22:51:00 / MÜHÜM HADİSƏLƏR
 
  11-12 iyul 2017-ci il tarixlərdə keçirilən AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində  “Web of Science” məlumat platforması üzrə sertifikasiya proqramında iştirak etmiş, AMEA-nın institut və təşkilatlarının əməkdaşlarına sertifikatlar təqdim olunub.

  Sertifikasiya proqramında AMEA-nın 20 elmi-tədqiqat müəssisəsindən məsul şəxslər iştirak edib, onların arasında AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin elmi işçisi Samirə Abuşova iştirak edib və sertifikat alıb.

 Proqramda iştirakçılara “Web of Science Core Collection”ın yaranma tarixi, əsas prinsipləri, istinadların analizi, jurnalların seçilməsi, məlumat bazası, axtarış sorğusunun tərtib edilməsi, sorğunun dəqiqləşdirilməsi və axtarış nəticələrinin analizi, nəticələr üzərində iş, müəllif və istinad olunma göstəriciləri, “ResearcherID” istifadəçisinin profili və s. barədə ətraflı məlumat verilib. İştirakçılar “Journal Citation Reports”un jurnallarına istinad üzrə illik hesabatlar, “Journal Citation Reports”un strukturu və interfeysi, “EndNote online” vasitəsilə biblioqrafiya üzərində iş, məlumat bazasında təşkilat üzrə genişləndirilmiş axtarış, “InCites” analitik platformasından istifadə qaydalarına dair biliklərə yiyələndilər, eləcə də praktiki tapşırıqları yerinə yetiriblər.

  Sertifikatları iştirakçılara AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.