Cİ əməkdaşı məktəblilərlə görüşdə ekologiya mövzusunda məruzə edib 2017-06-30 18:34:00 / TƏDBİRLƏR

AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Elina Kərimova “Ekosfera” Sosial-Ekoloji Mərkəzinin Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda fəaliyyət göstərən Uşaq Ekoloji Düşərgəsində AMEA alimlərinin məktəblilərlə görüşündə iştirak  edib.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə və Rusiya Məlumat-Mədəniyyət Mərkəzinin maarifləndirici proqramlar üzrə koordinatoru Natiq Əliyev giriş nitqi ilə iştirakçıları salamlayıblar.

Bakıdakı Rusiya Məlumat-Mədəniyyət Mərkəzinin “Alimlər –uşaqlara” layihəsi çərçivəsində təşkil etdiyi və Rusiyada keçirilən Ekoloji Təhlükədən Müdafiə günlərinə həsr olunmuş görüşdə coğrafiyaçı alim Azərbaycanın palçıq vulkanları mövzusunda maraqlı və məlumatlandırıcı təqdimatla çıxış edib. O öz məruzəsində gənc nəslin ekoloji tərbiyəsinin əhəmiyyətindən söhbət açıb, gəncləri maraqlandıran sualları cavablandırıb.