EŞ və ES-nın iclası 2016-05-20 13:06:00 / ELMİ İCLASLAR

AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə

Elmi seminarının mayın 18-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında elmi məruzə dinlənilmiş, beynəlxalq elmi tədbirlərdə iştirak etmək üçün xaricə ezam edilmiş alimlər geniş məlumatla çıxış etmiş, “Xəbərlər” jurnalında çap olunmaq üçün təqdim edilən əsərlərin müzakirəsi aparılmiş, bir sıra digər məsələlərə baxılmışdır.

Landşaft və landşaft planlaşdırılması şöbəsinin doktorantı Şahnaz Amanova “Acınohur öndağlığı və ona bitişik ərazilərin təbii landşaftlarının antropogen taransformasiyası və landşaft - ekoloji potensialının qiymətləndirilməsi” mövzusunda məruzə etmiş, onun bu elmi tədqiqatı seminar iştirakçıları tərəfindən müsbət qiymətləndirilmişdir.

AMEA-nın müxbir üzvü E.Əlizadə aparıcı elmi işçi, c.ü.e.d., dosent  Stara Tarixazər ilə birlikdə iştirak etdikləri və qalib gəldikləri Rusiya Coğrafiya Cəmiyyətinin Krasnodar şəhərində təşkil etdiyi “Büllur kompas” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi  haqqında məlumat vermişdir.

“Xəzər dənizi problemləri” bölməsinin elmi işçisi Elnur Səfərovun bölmə əməkdaşları - aparıcı elmi işçilər, c.ü.f. doktorları Zabit Allahverdiyev və Nazim Əhmədovla birgə İran İslam Respublikasında “İqlim dəyişmələrinin Xəzər dənizinə təsiri” mövzusunda beynəlxalq təlimdə iştirakları barəsindəkı məlumatı dinlənilmişdir.

Gənc alim və Mütəxəssislər Şurasının sədri, c.ü.f.d. Samirə Ələkbərovanın  “Müasir ekocoğrafi problemlər və onların həlli yolları” mövzusunda Bakı məktəblərinin şagirdləri ilə keçirilən seminar-konfrans haqqında məlumat  vermişdir.

Landşaft və landşaft planlaşdırılması şöbəsinin  aparıcı elmi işçisi, c.ü.f.d. Qalib Rüstəmov Torpaq ehtiyatları şöbəsinin elmi işçi A.Rüstəmova ilə birgə yazdıqları “Böyük Qafqazın cənub yamacı landşaftlarının ekogeokimyəvi xüsusiyyətləri” monoqrafiyası haqqında geniş məlumat verdi. Əsərin çap olunması üçün “Xəbərlər” jurnalında təqdim edilməsi  məsləhət görülmüşdür.

C.e.d. M.Abduyevin AMEA-nın müxbir üzvü E.Əlizadə ilə birgə yazdıqları “Azərbaycanın dağ çaylarında həll olunmuş qazın tədqiqi” adlı tədqiqat işi dinlənildikdən sonra əsərin çapa təqdim olinması məsləhət görülmüşdür.

İclasda həmçinin Şəki konfransına hazırlıq, yarımillik hesabatlar və s. haqqında  məsələlər də müzakirə olunmuşdur.