Kiyevdəki seminarda iştirak etdilər 2016-06-21 15:28:00 / TƏDBİRLƏR

Coğrafiya İnstitutunun əməkdaşları – aparıcı elmi işçi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov və GİS mühəndisi Elvin Əmrahov Avropa Birliyinin “Şərq Tərəfdaşlığı ölkələrində təbii və antropogen mənşəli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” (PPRD East 2) layihəsi üzrə keçirilmiş ERRA regional seminarında iştirak etmək üçün 2016-cı il iyunun 14-dən 15-dək Kiyev şəhərində ezamiyyətdə olmuşlar.

Tədbirdə İtaliya, Fransa, eləcə də MDB-nin 6 ölkəsinin, o cümlədən, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin  nümayəndələri, informasiya texnologiyaları mütəxəssisləri, elmi-tədqiqat institutlarının işçiləri, təbii fəlakətlərin idarə olunması və onlara dair məlumat bazasının toplanması ilə məşğul olan ekspertlər iştirak etmişlər. Müzakirələr zamanı Şərq Tərəfdaşlığı ölkələrində təbii fəlakətlər riski atlasının yaradılması istiqamətində görülmüş işlər barəsində fikir mübadiləsi aparılmış, bununla bağlı mövcud problemlər təhlil edilmişdir.

İştirakçılar üçün ERRA-2 sisteminin tətbiqinə və ölkədaxili şəbəkəsinin yaradılmasına dair treninq keçilmişdir. Tədbirin sonunda R.Kərimova və E.Əmrahova PPRD East-2 layihəsinin sertifikatı təqdim edilmişdir.

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024