EŞ və ES-in növbəti birgə iclası 2015-12-17 23:50:00 / ELMİ İCLASLAR

Akademik Ramiz Məmmədovun sədrliyi ilə dekabrın 16-da Coğrafiya İnstitutunun elmi şurası ilə elmi seminarının növbəti iclası keçirilib.

İlk əvvəl R.Məmmədov anadan olmasının 109-cu ildönümü qeyd edilən AMEA Coğrafiya İnstitutunun direktoru olmuş, görkəmli coğrafiyaşünas alim,   Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor, əməkdar elm xadimi, ABŞ-ın Ümumdünya Universitetinin fəxri elmlər doktoru Həsən Əliyev haqqında xatirə məruzəsi ilə çıxış etdi.

Sonra Geomorfologiya və təbii risklər şöbəsinin müdiri, c.e.d. Yelena Tağıyeva şöbənin sabiq baş elmi işçisi, coğrafiya elmləri doktoru mərhum Vəliyev Seyran Süleyman oğlunun 65 illiyi münasibətilə təqdimat məruzəsi etdi. İclasda iştirak edən məhrumun yaxın dostu, AMEA Arxeologiya İnstitutunun baş elmi işçisi, t.e.d. Tufan Məmmədov və oğlu Toğrul Vəliyev də alim haqqında xatirələrini dilə gətirdilər və  ona göstərilən diqqət və ehtirama görə institut rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Sonda İran İslam Respublikasının vətəndaşı Əhmədzadə Nəgşin Kukiya Məhəmməd qızı «Urmiya gölünün ekoloji problemləri və onun geoturist əhəmiyyəti» mövzusunda məruzə etdi.

 Xanım Rzazadə

Cİ-nin ictimai əlaqələrə məsul əməkdaşı