Zabit Allahverdiyevin “Xəzər dənizinin çoxillik hidrometeoroloji dəyişkənliyi” adlı monoqrafiyası çapdan çıxıb. 2017-05-10 13:59:00 / YENİ NƏŞRLƏR

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun yeni nəşri çapdan çıxıb.

   Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, c.ü.f.d. Zabit Allahverdiyevin “Xəzər dənizinin çoxillik hidrometeoroloji dəyişkənliyi” adlı monoqrafiyasında müasir iqlim dəyişmələrinin Xəzər dənizinin hidrometeoroloji şəra­itinə təsiri tədqiq edilmişdir. İqlim sisteminin təyini, onun müvəqqəti dəyişməsinin miqyası, mexanizmi, səbəbləri, gözlənilən dəyişiklikləri, adaptasiya və zəiflik məsələləri haqqında elmi bilgilər verilmişdir. Əsərdə 1961-2010-cu illəri əhatə edən dövrdə qlo­bal iqlim dəyişmələrinin Xəzər dənizinin hidrometeoroloji şəraitinə, əsasən də havasının temperaturuna, atmosfer yağıntılarının paylanmasına, səth sularında temperaturun və duzluluğun paylanmasına təsiri təhlil edilib.

   Kitab hidrometeorologiya ixtisası üzrə təhsil alan bakalavr, magistr, dokto­rantlar və müvafiq ixtisaslı elmi işçilər üçün nəzərdə tutulmuşdur.

    Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017