Akademik Ramiz Məmmədovun “Landşaft planlaşdırılması: mahiyyəti və tətbiqi” adlı yeni kitabı çapdan çıxıb. 2017-05-11 13:57:00 / YENİ NƏŞRLƏR

   AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun “Landşaft planlaşdırılması: mahiyyəti və tətbiqi” adlı yeni kitabı çapdan çıxıb.

   Cİ Elmi şurasının qərarı ilə nəşr olunan kitab 292 səhifədən, 6 fəsildən ibarətdir.  Nəşrdə landşaft planlaşdırılmasının konsepsiyası və onun formalaşmış modeli verilir, regional siyasətdə ekoloji yanaşmaya baxılır, landşaft planlaşdırılması potensialının Azərbaycan ekoloji siyasətində rolu, landşaft planlaşdırılması instrumentinin mahiyyəti, məzmunu, məqsədləri və metodları göstərilir. Landşaft planlaşdırılmasının səviyyələri və eləcə də inventarlaşdırma, qiymətləndirmə, ərazi inkişafının sahə və inteqrasiya olunmuş məqsədli konsepsiyaları, əsas fəaliyyət istiqamətləri və tədbirlərin konsepsiyası  mərhələləri araşdırılır.

      Əsərin yazılmasında əsas məqsəd kitabın 5-ci və 6-cı fəsillərində verilir. Burada Şirvan və Samur-Yalama Milli Parklarının mövcud təbii və sosial-iqtisadi şəraitinin vəziyyəti inventarlaşdırılır və qiymətləndirilir, sahə kompleks inkişaf istiqamətləri araşdırılır.

Kitab ərazi idarəçiliyi, təbiəti mühafizə ilə məşğul olan mütəxəssislər, elmi işçilər, universitet müəllimləri və tələbələr üçün nəzərdə tutulmuşdur.

    Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017