Elmi şura elmi seminarın birgə iclası 2015-09-10 22:38:00 / ELMİ İCLASLAR

Əməkdaşların yay tətilindən sonra sentyabrın 9-da akademik Ramiz Məmmədovun sədrliyi ilə Coğrafiya İnstitutunun Elmi Şurası ilə Elmi Seminarının ilk iclası keçirilib.

İclasda  akademik Ramiz Məmmədov direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə ilə birlikdə  avqustun 17-dən 21-dək Moskva Dövlət Universitetində keçirilən “Coğrafiya, mədəniyyət və cəmiyyət dünyanın gələcəyi üçün” regional konfransın işində iştirakları barədə məlumat verib.

Sonra 17-18 sentyabr 2015-ci il tarixlərində  keçiriləcək Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun 70 illik yubileyinə həsr olunmuş “Müasir qlobal dəyişmələrə geo-və təbii- təsərrüfat sistemlərinin adaptasiyası problemləri” mövzusunda Beynəlxalq elmi-praktik konfransın keçirilməsilə əlaqədar məsələlər müzakirə edilib.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024