MDU-da məruzələr ediblər 2015-08-20 22:26:00 / TƏDBİRLƏR

Bu gün akademik Ramiz Məmmədovun E.K.Əlizadə ilə hazırladığı “Xəzər dənizi sahilləri landşaftlarının transformasiyası və onların landşaft planlaşdırılması təcrübəsi” mövzusunda məruzəsi konfrans iştirakçıları tərəfindən böyük maraqla dinlənilib.

İGU - Beynəlxalq Coğrafiya İttifaqının Ali Şurası akademik Ramiz Məmmədovun təqdimatından sonra 2017-ci ildə Bakıda “Enerji coğrafiyası və tarazlı inkişaf” mövzusunda 300-dən artıq xarici mütəxəssisin iştirakı ilə Tematik Beynəlxalq Konfransın keçirilməsi qərarına gəlib.

Elə həmin gün AMEA-nın müxbir üzvü Elbrus Əlizadə İ.Y.Kuçinskaya və S.Y.Quliyeva ilə birgə hazırladığı “Azərbaycanın arid landşaftlarının antropogen təsirlər altında deqradasiyası” mövzusunda poster-məruzə ilə çıxış edəcəkdir.

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024