Uralda beynəlxalq konfrans 2015-06-11 21:47:00 / TƏDBİRLƏR

Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar üzrə fəlsəfə doktoru, dos. Ənvər Əliyev 2015ci  il, mayın  26-dan 31-inədək Rusiya Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə Orenburq şəhərində keçirilən “Şimali Avrasiyanın çölləri” mövzusunda Beynəlxalq konfransda iştirak edib.

Beş gün davam edən konfransa Almaniya, Danimarka, Macarıstan, Serbiya, Azərbaycan, Ukraynanın və eləcə də Rusiyanın  46 vilayətindən elmi nümayəndələr qatılıblar.

Ə.Əliyev “Çöllərin ekocoğrafi-tədqiqatları” bölməsində “Samur-Dəvəçi ovalığının ekocoğrafi problemləri və onların optimallaşdırılması yolları” mövzusunda məruzə ilə çıxış edib. Məruzə  maraqla dinlənilib və müsbət qiymətləndirilib.

Konfrans iştirakçıları Ağbulak və Sol-İletski rayonlarında ekskursiyada olmuş,  orada təşkil olunmuş  bayram tədbirlərində iştirak etmiş, vilayət ərazisində yaşayan xalqların (eləcə də türk xalqlarının) yaradıcılıq folkloru ilə bərabər, tarixi etnoqrafik ənənələri: geyim, məişət əşyaları və kulinariya nümunələri ilə  yaxından tanış olmuşlar.

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024