QİƏT-in iclasında 2015-05-22 21:20:00 / TƏDBİRLƏR

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bu il mayın 19-da Türkiyənin İstanbul şəhərində Qara Dəniz

 İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT)  Elm və Texnologiya üzrə  İşçi Qrupunun  növbəti görüşündə iştirak edib.

Tədbirdə 11 ölkədən – Türkiyə, Yunanıstan, Serbiya, Rusiya, Ukrayna, Moldova, Rumıniya və sairdən  nümayəndələr iştirak edirdilər. Görüşü keçirməkdə məqsəd  2014-cü ilin dekabrında Bakı şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı  texnologiya sahəsində hədəfləri müəyyənləşdirilmiş Beynəlxalq konfransın keçirilməsi, elm və texnologiya sahəsinə xüsusən gənclərin cəlb olunması və bu sahədə onların fəaliyyətinin gücləndirilməsi üçün tədbirlərin görülməsi idi.  Görüşdə akademik Ramiz Məmmədov gənclər üçün uyğun fondun yaradılması imkanının müzakirə olunması təklifini irəli sürmüş və təklif qəbul edilmişdir. Tədbirdə  QDİYŞ-ın Amerika Birləşmiş Ştatları ilə  əməkdaşlıq məsələlərinə də baxılmışdır.