Elmi şura ilə elmi seminarın birgə iclası 2015-04-27 20:59:00 / TƏDBİRLƏR

Akademik Ramiz Məmmədovun sədrliyi ilə Coğrafiya İnstitutunun bu günkü iclası Rusiya Coğrafiya Cəmiyyətinin vitse-prezidenti, Ural Çöl İnstitutunun yaradıcısı və direktoru, REA-nın müxbir üzvü, c.e.d., professor  Çibilyov Aleksandr Aleksandroviçin iştirakı ilə keçirildi.  

RCC-nin "Avrasiyanın çöllər aləmi” layihəsi üzrə təşkil olunan ekspedisiyanın rəhbəri kimi ölkəmizə gəlmiş alim iclasda “Avrasiyanın çöl landşaftları tarixi  ретроспективdə”  məruzəsi ilə çıxış etdi.

A.Çibilyov Azərbaycanda çöl tədqiqatları zamanı əsasən yarımsəhra, quru-çöl və çöl landşaftlarının xarakterik təbii irsini öyrəndiklərindən söz açdı. Həmin landşaftlarda təbiət abidələrini araşdırmaq  məqsədilə qonaqlar Şirvan Milli Parkında qorunan ceyranların ekologiyası, Bəndovan palçıq vulkanı ilə tanış olmuşlar. Növbəti marşrutlarda  Kür-Araz ovalığında, Səlyan, Muğan və Mil düzlərində yayılmış bitki və heyvanların, xüsusilə heyvanların ekologiyası ilə tanış olmuş, onların yayılma arialını müəyyən etmişlər. Bundan başqa, respublikamızın etnoqrafiyası da Rusiyalı qonaqlar üçün maraqlı olmuşdur.

Rus aliminin ekspedisiyanı əks etdirən qısa metrajlı videofilmlər və şəkillərlə müşaiyət olunan məruzəsi iclas iştirakçıları tərəfindən böyük maraqla izlənildi.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024