Elmi Şurası ilə Elmi Seminarının birgə iclası 2015-04-22 18:05:00 / ELMİ İCLASLAR

Akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən Coğrafiya İnstitutunun Elmi Şurası ilə Elmi Seminarının növbəti birgə iclasında  geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyevin  nəşrə hazırladığı “Düşüncələr axarında” kitabının müzakirəsi keçirildi. Əsərlə yaxından tanış olan c.ü.f.d. Mirnuh İsmayılov bildirdi ki, kitab 8 bölmə, 50 məqalə və 200 səhifədən ibarətdir. Coğrafiyanın müxtəlif sahələrinə toxunan müəllif “Qaytarmaq vaxtıdır”, Qiymətli daşlar”, “Keçmişə baxış”, “Arxeologiya və etnoqrafiya”, “Qurani-Kərim və elmi kəlmələr” və s. bölmələrdə qaçqınlar, ekologiya,  təbiət, toponimika, vətən və s. haqqındakı düşüncələrini bölüşür. Müzakirələrdən sonra  adında uyğun dəyişiklik etməklə əsərə rəy verilməsi və çapa təqdim olunması haqqında qərar qəbul olundu.

Qazaxıstan Coğrafiya İnstitutunun elmi katibi, c.ü.f.d. Rozaliya Tokmaqambetovun  «Формирование системы расселениея в природно-хозяйственных системах Алматинской области» növzusunda yazdığı elmi məqalənin müzakirəsindən sonra onun çap olunmaq üçün “Xəbərlər” jurnalına təqdim edilməsi tövsiyə olundu.

Sonra İqlim və aqroiqlimşünasliq şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d. Tağıyeva Umayra Rauf qızının Coğrafiya İnstitutu Elmi Şurasına  üzv seçilməsi  qərara alındı.

İclasın sonunda Azərbaycan Elmlər Akademiyasının Naxçıvan filialında Ulu öndər Heydər Əliyevin 92-ci ildönümü və  Coğrafiya İnstitutunun 70 illiyinə həsr olunmuş yubiley konfransının gündəliyində duran məsələlər haqqında, eləcə də yubiley münasibətilə təşkil edilən tədbirlər barədə geniş məlumat verildi və iclas müzakirələrlə başa çatdı.