Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında iki dissertasiya işinin müzakirəsi keçirilib 2017-04-14 13:40:00 / ELMİ İCLASLAR

Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında iki dissertasiya işinin müzakirəsi keçirilib.

1. İsmayılova Lətifə Arif qızı 5408.01 “fiziki coğrafiya və biocoğrafıya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası” ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Böyük Qafqazın cənub yamacı geosistemlərinin differensiasiyası və landşaft planlaşdırılması (Daşağılçay-Girdimançay timsalında)” mövzusunda məruzə ilə çıxış edib.

2. Amanova Şahnaz Səlim qızı 5408.01 “fiziki coğrafiya və biocoğrafıya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası” ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Acınohur öndağlığı və bitişik ərazilərin müasir landşaftlarının transformasiyasının ekocoğrafi xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib.

Təqdim olunan dissertasiya işlərinin müzakirəsindən sonra hər iki işin növbəti mərhələyə buraxılması qərara alınıb.