Elmi seminar 2014-10-02 22:09:00 / ELMİ İCLASLAR

Oktyabrın 1-də institutda keçirilən elmi seminarda Pirqulu coğrafi tədqiqatlar stasionarının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Çingiz Gülalıyevin  “Dəqiq əkinçiliyinin komponenti kimi torpaq örtüyü müxtəlifliyinin elektrik xassələrinə əsasən öyrənilməsi və xəritə-sxemin tərtibi” mövzusunda məruzəsi dinlənildi.

Sonra 2014-cü ildə İnstitutda başa çatacaq  elmi işlərin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi keçirildi və qərara alındı ki, hesabatın  mühüm nəticələri bu il, oktyabrın 15-nə qədər Elmi Şuraya təqdim edilsin.