Xəzər səviyyəsinin tədqiqi mövzusunda məruzə dinlənilib 2017-05-17 13:35:00 / ELMİ İCLASLAR

    Mayın 17-də elmi katib, c.ü.f.d. Zərnura Həmidovanın sədrliyi ilə akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarının iclası keçirilib. Xəzər dənizinin səviyyə problemi şöbəsinin elmi işçisi Elnur Səfərov  “Xəzər dənizi səviyyəsinin peyk altimetriyası vasitəsi ilə tədqiqi” mövzusunda  məruzəsi edib.

   Tədqiqatçı dəniz səviyyəsinin uzunmüddətli peyk altimetrik müşahidə məlumatları  ilə  müvafiq yerüstü səviyyə-müşahidə məntəqələri arasında ətraflı müqayisəli təhlil aparmış, Xəzər dənizi səviyyəsinin il ərzində bütün akvatoriya boyunca Jason 1-2 və ENVİSAT peyklərinin müvafiq trekləri üzrə maksimal amplitudları və  onların  müşahidə olunduğu zaman fazaları müəyyən edərək xəritələşdirmişdir.