Polşada regional konfrans 2014-08-18 21:45:00 / MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutunun əməkdaşları – direktor, akademik Ramiz Məmmədov, elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə və coğrafiya üzrə fəlsəfə doktoru, dosent İrina Kuçinskaya avqustun 19-dan 25-nə qədər Polşada ezamiyyətdə olacaqlar.

   Onlar Beynəlxalq Coğrafiya İttifaqının Krakov şəhərində  təşkil etdiyi  “Dəyişkənlik və davamlılıq” mövzusunda regional elmi konfransında iştirak edəcəklər. R.Məmmədov və E.Əlizadə “Azərbaycanda geomorfoloji risk”, İ.Kuçinskaya isə coğrafiya üzrə fəlsəfə doktoru, dosent S.Quliyeva ilə birgə hazırladıqları “Dağ sistemlərinin ekolandşaft-rekreasiya potensialı”  (Böyük Qafqazın Azərbaycan hissəsi timsalında) mövzusunda məruzə ilə çıxış edəcəklər.