Pekinə ezam olundu 2014-06-12 21:35:00 / MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Ramiz Məmmədov Ətraf Mühitin Ekologiyası Beynəlxalq Təşkilat Komitəsinin dəvəti ilə iyunun 15-dən 16-dək Çin Xalq Respublikasının paytaxtı Pekində ezamiyyətdə olacaq.

R.Məmmədov Çin MEA Coğrafiya Elmləri və Təbii Resursların Tədqiqi İnstitutunda keçiriləcək “Yeni İpək Yolu iqtisadi zonasının  ekologiya, ətraf mühit və davamlı inkişafı” Beynəlxalq Konfransında məruzə ilə çıxış edəcək.