Beynəlxalq əlaqələr genişlənir 2014-06-08 21:32:00 / TƏDBİRLƏR

2-6 iyun 2014-cü  il müddətində Ukrayna Milli Elmlər Akademiyası Dənizin Hidrofizikası İnstitutunun direktoru, akademik V.A.İvanov və həmin akademiyanın “Geologiya Elmləri İnstitutunun baş elmi işçisi A.İ.Qonçaruk AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutuna ezamiyyətə gəlmişlər. Onlar Coğrafiya İnstitutunun yaradıcı kollektivi və iş təcrübəsi ilə tanış olmuşlar, fikir mübadiləsi aparılmışdır. Akademik V.A. İvanov Coğrafiya İnstitutunun seminarında “Qara, Xəzər və digər cənub dənizlərinin imitasiya modeli” mövzusunda məruzə ilə çıxış etmişdir.

Görüşün sonuncu günü UMEA-nın Geologiya Elmləri, Gürcüstan EA-nın M.Nodiya adına Geofizika  və AMEA-nın akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutları arasında  Xəzər və Qara dənizlərinin tədqiqi sahəsində əməkdaşlıq etmək üçün  niyyət protokolu imzalanmışdır.

Eyni zamanda UMEA-nın Geologiya Elmləri  və AMEA-nın akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutları arasında  elmi-texniki əməkdaşlıq haqqında ayrıca müqavilə imzalanmışdır.