Elmi Şurası ilə Disertasiya Şurası 2014-04-24 17:39:00 / ELMİ İCLASLAR

İnstitutun Elmi Şurası ilə Disertasiya Şurasının 2014-cü il, aprelin 23-də keçirilən birgə iclasında c.ü.f.d. Qalib Rüstəmovun (birgə müəlliflər c.e.d. Elbrus Əlizadə və c.ü.f.d. Elina Kərimova) “Abşeron yarımadasındakı neftlə çirklənmiş landşaftların ekokimyəvi xüsusiyyətləri və onların yaxşılaşdırılması yolları” mövzusunda məruzəsi dinlənildi. Mövzu ətrafında gedən müzakirələrdən sonra neftlə çirlənmiş ərazilərin təmizlənməsi probleminin təkcə Azərbaycan üçün deyil, dünyada mühüm problemə çevrilməsi məsələsi qeyd edildi və bu mövzuda monoqrafiyanın  işlənib hazırlanması məsləhət görüldü.

Yıqıncaqda həmçinin Azərbaycan Coğrafiya Cəmiyyətinin IX qurultayına hazırlığın vəziyyəti, kompleks elmi-tədqiqat işlərinin hazırlanması,  çöl-tədqiqat işlərinin təşkili və digər məsələlərə baxılaraq müzakirələr aparıldı və müvafiq qərarlar qəbul edildi.