GAMŞ ilə ATGTİ üzvlərinin görüşü 2014-04-09 17:34:00 / TƏDBİRLƏR

Akad.H.Ə.Əliyev ad.Coğrafiya İnstitutunda  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının üzvləri ilə AMEA-nın Gənc alim və mütəxəssislər şurasının görüşü keçirildi.

 Bu tədbir AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) arasında 2014-cü il, 18 fevral tarixində imzalanmış əməkdaşlığa dair memorandum əsasında baş tutdu. Çörüşdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov, ATGTİ-nin sədri Şahin İsmayılov, Elm və Təhsil departamentinin derektoru Əzizə Əliyeva, Layihələr departamentinin direktoru Elvin Hüseynzadə, Coğrafiya İnstitutu, GAMŞ-ın sədri, coğrafiya üzrə fəlsəfə doktoru Samirə Ələkbərova, gənc alim və mütəxəssislər və s. iştirak edirdilər.

İştirakçılar Azərbaycanda təhsil alan gənclərin akademiyaya cəlb olunması, təhsil ocaqlarında mütəmadi olaraq elmi seminarların, müsabiqə və olimpiadaların keçirilməsi, bu istiqamətdə kompleks tədbirlər planlının işlənib hazırlanması, istedadlı gənclərin üzə çıxarılması və s. kimi məsələləri müzakirə etdilər, əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini vurğuladılar.