Direktor seçildi 2014-02-20 17:04:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi Şurasının 19.02.2014-cü il tarixində keçirilmiş iclasında “AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun  direktor vəzifəsinə seçkilərin keçirilməsi haqqında”  məsələsinə baxıldı.

İclasa sədrlik edən İnstitutun elmi işlər üzvə direktor müavini, c.e.d. E.K.Əlizadə bildirdi ki, AMEA Rəyasət Heyəti İnstitutun boş qalan direktor vəzifəsinə seçkilərin keçirilməsi haqqında Sərəncam vermişdir. İnstitutun Elmi Şurası bu vəzifəyə öz namizədini irəli sürməlidir.

İnstitutun Həmkarlar Təşkilatının sədri c.e.n. H.T.Haqverdiyev c.e.d. X.K.Tanrıverdiyev, k/t.e.n. Ə.A.Əliyev, f/r.e.n. N.Əhmədov, c.e.d. R.M.Qaşqay və başqaları çıxış edərək AMEA-nın  müxbir üzvü, texnika elmlər doktoru, professor Ramiz Mahmud oğlu Məmmədovun institutun direktoru vəzifəsinə namizədliyini irəli sürdülər, onun  beynəlxalq miqyasda Xəzər dənizinin tədqiqatları üzrə tanınmış alim olduğunu, 250-yə qədər elmi məqalənin, 9 monoqrafiyanın, coğrafi atlasın və 20-yə qədər beynəlxalq elmi layihənin müəlifi kimi dünyanın ən nüfuzlu jurnallarında və nəşriyyatlarında dərc olunduğunu  diqqətə çatdıdılar.  Bildirdilər ki, tədqiqat işlərində novatorluğu ilə fərqlənən, müasir texnologiyalara həmişə üstünlük verən R.Məmmədov  40-a qədər ölkədə keçirilmiş beynəlxalq elmi simpozium və konfranslarda məruzələrlə çıxış etmiş, BMT, YUNESCO, Avropa Birliyi və s. beynəlxalq qurumların elmi və ekoloji təşkilatlarında ölkəmizi təmsil edir.

Elmi Şura yekdilliklə qərara aldi ki,  AMEA müxbir üzvü, texnika elmlər doktoru, professor Ramiz Mahmud oğlu Məmmədovun namizədliyi AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsinə irəli sürülsün və həmin qərarın təsdiq olunması AMEA YEB-nin Bürosundan xahiş edilsin.