Elmi şura ilə elmi seminarın birğə iclası 2014-02-20 17:01:00 / ELMİ İCLASLAR

Fevralın 19-unda  İnstitutun Elmi Şurası ilə Elmi Seminarının birğə keçirilmiş iclasında  capa təqdim edilmiş elmi əsərlərin müzakirəsilə yanaşı bir sıra mühüm məsələlərə baxıldı və əlaqədar qərarlar qəbul edildi.

Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi şöbəsinin əməkdaşı Musayeva Mətanət Ramazan qızının “Azərbaycan respublikası təsərrüfatının inkişafı və ərazi təşkilinə daşqın hadisələri təsirinin  iqtisadi-coğrafi tədqiqi” monoqrafiyasının müzakirəsi keçirildi. Kitabın rəyçisi, Qurunun hidrologiyası şöbəsinin aparıcı elmi işçisi, c.e.d. Məhəmməd Abduyev əsər haqqında fikirlərini söylədi və monoqrafiyanın çapa təqdim edilməsi məqsədəuyğun hesab edildi.

Azərbaycanın torpaq ehtiyatları şöbəsinin müdiri, k .e.n. İsmayıl Quliyevin “Torpaqların həyatı” monoqrafiyasının müzakirəsində əsərin ali məktəb tələbələri üçün dəyərli və maraqlı dərslik olması nəzərə çarpdırıldı. Kitabın adının “Torpaq coğrafiyası” kimi elmi bir adla əvəz olunması daha məqsədəuyğun hesab edildi və çapa təqdim olunması barədə qərar qəbul edildi.

Xəzər dənizi problemləri şöbəsinin baş elmi işçisi, f .e.d. Rauf Qardaşovun “Geostasionar peykdən Günəş parıltısı yerinin təyini” monoqrafiyası müzakirə edildi, əsər alim həmkarları tərəfindən müsbət qiymətləndirildi və kitabın çapa təqdim olunması barədə qərar qəbul edildi.

Coğrafiya İnstitutunun direktor əvəzi, AMEA-nın müxbir üzvü, t.e.d. Ramiz Məmmədov, Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin baş elmi işçisi, c.e.d. Mahmud  Xəlilov və  Azərbaycanın torpaq ehtiyatları şöbəsinin müdiri, k .e.n. İsmayıl Quliyevin birgə müəllifləri olduqları “Samur-Dəvəçi ovalığı torpaqlarının antropogen yolla dəyişdirilməsi”  məqaləsi müzakirə edildi və onun AMEA  YEB “Xəbərlər”inə təqdim edilməsi haqqında qərar qəbul edildi.

Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, c.e.d. Elbrus Əlizadə ilə Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, c.e.n. Sitar Tarixəzərin müəllifləri olduqları “Böyük Qafqazda ekogeomorfoloji təhlükə və risk” adlı monoqrafiyanın müzakirəsində əsərin adında kiçik dəyişiklik etməklə onun çapa təqdim edilməsi barədə qərar qəbul edildi.

Sonra kompleks elmi-tədqiqat layihələrinin hazırlanması haqqında  fikirlər öyrənildi və belə bir layihənin ilkin strukturu müzakirə edildi. Qərar qəbul edildi ki hazırlanmış layihə nümunə kimi şöbələrə paylansın.

 Çöl-ekspedisiya işlərinin təşkili məsələsi müzakirə edildi  və ekspedisiyaların eyni ərazilərdə eyni vaxtlarda keçirilməsi məqsədəuyğun hesab edildi.

Sonra qarşıdan gələn Beynəlxalq konfransa hazırlıq məqsədilə Coğrafiya İnstitutunun məlumat kitabçasının hazırlanması məsələsinə baxıldı, eləcə də İnstitutun Loqosu təsdiq edildi.

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024