Ankarada CİS təlimlərində iştirak 2013-12-02 16:37:00 / TƏDBİRLƏR

AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitunun əməkdaşı Əmənov Rauf Rizvan oğlü 25-29.11.2013-cü il tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində ESRİ–nin (Ətraf Mühit Elmi-Tədqiqat İnstitutu) distribyutoru olan Esri İşlem şirkətlər qrupunun təşkil etdiyi Coğrafi İnformasiya Sistemləri təlimində iştirak etmişdir.

5 günlük təlim müddətində Arc GİS 10.2 proqram təminatının imkanlarından istifadə, həmçinin ESRİ-nin ən son texnoloji yenilikləri haqqında məlumatlar toplanılmışdır. Təlimdən sonra Mesleki yeterlilik kurumu tərəfindən nəzəri və praktiki imtahan  keçirilmişdir. Təlimin nəticələrinə görə institutun kiçik elmi işçisi Əmənov Rauf imtahanları müvəffəqiyyətlə başa vuraraq sertifikat almaq üçün namizədlər sırasına daxil olmuşdur. Qeyd etmək lazımdır ki, Mesleki yeterlilik kurumu tərəfindən verilən sertifikatlar dünya miqyasında tanınır.