Elmi seminar 2013-11-21 16:27:00 / ELMİ İCLASLAR

İnstitutun 2013-cü il, noyabrın 20-də keçırılən elmi seminarıyla dissertasiya şurasının birgə iclası başlamazdan qabaq 22-ci ildönümü münasibətilə 1991-ci il noyabrın 20-də Mİ-8 hərbi vertolyotunda həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla anıldı.Qeyd edildi ki,  Tofiq İsmayılov, İsmət Qayıbov, Osman Mirzəyev, Alı Mustafayev və neçə-neçə canlarını Vətən üğrunda qurban vermiş belə oğullar unudulmayacaq və həmişə xalqını sevənlərin qəlbində daim yaşayacaqdır.

Bundan sonra  "Azərbaycanın iqtisadi və siyasi coğrafiyası" şöbəsinin dissertantı Xasməmmədova Arzu Mikayıl qızının "Quba-Xaçmaz iqtisadi rayonunda rekreasiya-turizm təsərrüfatının iqtisadi-coğrafi baxımdan qiymətləndirilməsi" mövzusunda məruzəsi dinlənildi və hazırlıqsız olduğundan mənfi qiymətləndirildi.

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024