Dissertasiya Şurasının iclası 2013-09-29 16:01:00 / ELMİ İCLASLAR

Dissertasiya Şurasının 27.09.13. tarixində keçirilən iclasında BDU-nun Fiziki Coğrafiya kafedrasının müdiri c.e.n. dosent Yaqub Əli oğlu Qəribov 5408.01. fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftın geofizikası və geokimyası ixtisasında coğrafiya üzrə elmlər doktoru  elmi dərəcəsi almaq üçün “Azərbaycan Respublikasının müasir landşaftlarının antropogen transformasiyası və optimallaşdırılması problemləri”  mövzusundakı disertasiya işi müdafiə etmişdir. 

Y.Ə.Qəribova  coğrafiya üzrə elmlər doktoru  elmi dərəcəsi verilməsi haqqında AR Prezidenti yanında AAK  qarşısında vəsatət qaldırılması  barədə  gizli səsvermə yolu ilə qərar qəbul edilmişdir.