GAMŞ sədrinin Beynəlxalq Forumda çıxışı 2013-04-21 13:03:00 / TƏDBİRLƏR

Hamınızı AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin Yer Elmələri bölməsi adından salamlayıram. İlk öncə Gənc Alimlərin fəaliyyətini əks etdirən 5 illik hesabata münasibət bildirmək istəyirəm.

Hesabatın məzmunu Gənc Alimlərimizin indiyə qədər apardığı elmi, ictimai və mədəni-kütləfi fəaliyyətləri - effektivliyi, mahiyyəti və miqyasına görə Azərbaycan elminin gələcəyinə nikbin baxmaqa ümid verir.

 Öz növbəmdə mən də Yer Elmləri bölməsinin fəaliyyəti: nailiyyətlər, perspektivlər, problemlərə dair fikirlərimi sizinlə bölüşmək istəyirəm. “Yer elmləri” bölməsi 2005-ci ildə AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin strukturu kimi yaradılmışdır. Struktur bölməyə Geologiya İnstitutu, H.Əliyev adına Cografiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzinin GAŞ-ları da daxildir. Şuraların əsas məqsədi gənclərin elmi fəaliyyətini, təşəbbüslərini və s. stimullaşdlrmaqla bərabər, əldə etdikləri elmi yeniliklərin ölkədə və onun xaricində müzakirəsinə şərait yaratmaq, beynəlxalq elmi əməkaşlıq çərçivəsində İnstitutun gənclərinə köməklik göstərməkdən ibarət olmuşdur. Bundan başqa,  İnstitutda işləyən tələbə, maqistr, dokturant və gənc alimlərə metodiki və informasiya yardımının göstərilməsi, elmi fəaliyyətlərini əks etdirən əsərlərinin nəşr edilməsində müvafiq köməkliyin edilməsi, eyni zamanda xarici dil vərdişlərini artırmaq, tədqiqat istiqamətlərinə uyğun ölkədə və ondan kənarda təşkil olunan təkmilləşdirici təlim və kurslarda iştirakını təmin etmək kimi hədəflər də struktur bölmənin GAŞ-larının fəaliyyətinə daxil olmuşdur. Bütün qeyd olunanlarla əlaqədar, son beş ildə  əldə etdiyimiz əsas naliyyətlər aşağıdakılardan ibarət olmuşdur.

  2013-cü ildə AMEA-nın Yer Elmləri Bölməsi, akad. H.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən, ümummilli lider Heydər Əliyevin  90 illik yubileyinə həsr olunmuş  “Qlobal dəyişikliklər şəraitində geosistemlərin təbii ehtiyat potensialının qiymətləndirilməsi və səmərəli istifadəsi” mövzusunda keçirilmiş beynəlxalq konfransın keçirilməsini də qeyd etmək istərdim. Konfransın keçirilməsi nəticəsində Ukraynalı alimlərin təklifi ilə İnstitutumuzun gənc alimləri Ukraynada keçiriləcək “Gənc alimlərin konfransi”nda iştirak etmək üçün dəvət almış və mən də dəvət olunanlar sırasındayam.

Bütün bunlarla yanaşı, vurğulamaq lazımdır ki,  gənc alimlərimizin problemləri də az deyildir. Əsasən gənclərin xarici dil problemi bizi qayğılandırır. Müasir gəncliyimizin  təkcə ana dilimizlə kifayətlənməsi onların gələcək elmi fəaliyyətlərinin inkişafı üçün artıq kiafyət etmir. Dünya elminə yeni baxış gəncləri, o cümlədən gənc alimlərimizin xarici dil bacarıqlarının yaxşılaşdırmasını şərtləndirir. Arzu edirik ki, Geologiya İnstitutunda təşkil olunan dil kursları H.Əliyev adına Cografiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzində də olsun. Yuxarıda qeyd etdiyim baza kafedralarının bütün istitutlarda yaradılması gənc alimlərin pedaqoji fəaliyyət göstərməsi və Akademiya üçün yeni perspektivli gənclərin yetişdirilməsi baxımından təqdirə layiq olacaqdır.

 Gənclərimizin böyük sosial problemləri də mövcuddur. Düşünürəm ki, gənclərin elmi fəaliyyətinin stimullaşdırmaqla bərabər, onlara müəyyən sosial güzəştlərin edilməsi Azərbaycan elminə yalnız fayda verəcəkdir.

 AMEA-nın prezidenti hörmətli Akif müəllimin gəncləri daim dəstəkləməsi bizi sevindirir. Bizimlə görüşündə gəncələrə dair planları bizə böyük ümid verdi. Yer bölməsi kimi Geologiya İnstitutunun Gənc Alimlər Şurasının uğurlu fəaliyyəti heç təsadüfi deyildir. Şübhəsiz ki, biz eyni qayğını bütün istitutlarda görəcəyimizə artıq çox əminik.

Azərbaycan gəncləri timsalında Akademiyanın gənc alimləri də ölkədə gedən siyasi prosesləri yaxından izləyir və bu proseslərə biganə qalmir. Elmizin gələcək inkişafını müdrik prezidentimizin elmə göstərəcəyi qayğıda görür. Bu məqsədlə biz gənc alimlər kimi İlham Əliyevin namizədliyini dəstəkləyir, onunla bərabər gələcəyə ümid və qətiyyətlə addımlamağı ümdə hədəfimiz kimi qəbul edirik.   

Samirə Ələkbərova,

Coğrafiya İnstitutu, GAŞ-ın sədri