Konfransın davamı 2013-06-04 12:59:00 / KONFRANSLAR

İyunun 4-də  konfrans iştirakçıları Böyük Qafqazın cənub-şərq  yamacına (Bakı - Şamaxı - Pirqulu ) səyahət etdilər.  Xarici qonaqlar Böyük Qafqazın Cənub-Şərq yamacının bu hissəsinin landşaftı, qeomorfoloqi şəraiti ilə tanış oldular, bu bölgədə geniş yayılmış ekzodinamik prosesləri (sürüşmələr, uçqunlar, töküntülər) əyani şəkildə görə bildilər.

Bu yerlərin təbiəti qonaqlara xoş təəssürat bağışladı, fürsət düşən kimi bir daha Azərbaycana gələcəklərini dilə gətirdilər.Qonaqlarımız Pirquluda   onlar üçün  təşkil olunmuş Pirqulu rəsədxanasına ekskursiyada iştirak etdilər.

Konfrans öz işini “Geosistemlərin təbii ehtiyat potensialı və ondan istifadə”, “Qlobal iqlim dəyişmələri, iqlim və su ehtiyatları”, “Davamlı sosial-iqtisadi inkişaf və qida təhlükəsiliyi”, “Geosistemlərin turizm-rekreasiya potensialının qiymətləndirilməsi” bölmələri üzrə davam etdirdi.

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024