Xəzər dənizinin səviyyə problemləri

 

Tel.

(994 12) 5392945

Faks

 

Elektron poçtu

ramiz.mamedov@geo.ab.az

Şöbənin  rəhbəri

AMEA-nın həqiqi üzvü  Ramiz Mahmud oğlu Məmmədov

İşçilərin ümumi sayı

 

6

 

Əsas fəaliyyət istiqamətləri

Xəzər dənizinin səviyyəsinin dəyişməsinə səbəb olan təbii-fiziki və antropogen amillərin tədqiqi; global iqlim dəyişmələrinin Xəzər dənizinin səviyyə dəyişkənliyində təzahürünün araşdırılması; Xəzər dənizinin səviyyə tərəddüdlərinin proqnozu metodlarının işlənməsi.

 

 

Əsas elmi nəticələri

İlk dəfə Xəzər dənizinin açıq hissəsində geniş miqyasda dəniz turbulentliyinin statistik və spektral xarakteristikalarını öyrənmiş, dənizdə çirkləndiricilərin yayılması və paylanmasının ümumi qanunauyğunluqlarını müəyyən etmişdir.

Dəniz səthində küləyin sürət və istiqamətinin və dəniz səthindən istilik axınının məlum olduğu hal üçün dənizin yuxarı kvazibircins temperatur qatının müəyyən edilməsi üçün yarımempirik model işləmişdir.

Xəzər dənizində çirkləndiricilərin yayılmasına hidrofiziki parametrlərin dəyişkənliyinin təsirini geniş diapazonda tədqiq etmişdir. Xəzər dənizində müxtəlif hidrometoroloji şəraitdə, dibin morfometriyası və sahil xəttinin konfiqurasiyası nəzərə alınmaqla, çirkləndiricilərin yayılmasının fiziki-coğrafi modelini işləmişdir.

Xəzər dənizi səviyyəsi dəyişməsinin səbəbini tədqiq etmiş, səviyyəyə təsir edən amillərin təsir dərəcəsini müəyyən etmiş, birinci yaxınlaşmada onun uzunmüddətli proqnozunu vermişdir. Xəzər dənizinin kompleks hidrometeoroloji atlasını hazırlayıb çap etmişdir.

Drifter müşahidə məlumatlarına əsasən  Xəzər dənizinin səviyyə tərəddüdlərinə təsir edən amilləllərdən səth temperaturu və səth axınlarının dənizin akvatoriyası üzrə paylanmasının bir sıra xüsusiyyətləri müəyyənləşdirilməsi;

Orbital Jason 1, Jason 2 və ENVİSAT peyk altimetr məlumatlarına əsasən müvafiq treklər üzrə Xəzərin bütün akvatoriyasında səviyyənin mövsümi dəyişmələri amplitudlarının və onların müşahidə olunduğu zaman fazalarının paylanması xəritələrinın hazırlanması və bu məlumatlara əsasən Volqa çayının sululuq rejimi ilə dənizin mövsümi səviyyə dəyişmələrinin tədqiqi;

Amerika Birləşmiş Ştatları (ABŞ)  Amerika Milli Aeronavtika Agentliyinin (NASA)-nın Goddard Tədqiqatlar mərkəzinin MERRA modelinə əsasən peyk yağıntı məlumatlarının müvafiq yerüstü məlumatlarla müqayisə edilməsi yolu ilə ilin müxtəlif mövsümlərində Xəzərin bütün akvatoriyasının müxtəlif ərazilərinə düşən yağıntıların peyk məlumatlarına əsasən qiymətləndirməsi;    

Müxtəlif stansiyalar üzrə Xəzər dənizi səviyyəsinin uzunmüddəli  zaman sıralarının MatLab proqram kompleksində Veyvlet analizinin aparılması, Kross veyvlet və veyvlet kovarianslıq analizinə əsasən müxtəlif səviyyə stansiya məlumatlarının müxtəlif zaman dövrlərində bir-biri ilə kovarianslıq dərəcəsinin müəyyənləşdirilməsi,  burada  kəskin səviyyə dəyişmələrinin indikatoru rolunu oynaya bilən əlamətlər aşkarlanması, səviyyənin kəskin dəyişdiyi dövrlərdə 16 illik periodda Cənub Ossilyasiya İndeksi (SOİ- Southern Oscillation Index) ilə Xəzərin səviyyə dəyişmələri arasında  5%- lik etibarlılıq həddində kovariantlıq əlaqəsinin müəyyənləşdirilməsi.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017