Təvəllüdü: 19 aprel 1931

Təhsili: Azərbaycan Kənd Təsərrüfatı İnstitutu

Vəzifəsi: baş elmi işçi

Elmi dərəcəsi: coğrafiya elmləri doktoru

Dissertasiyanın ixtisas şifri  və ixtisasın adı: 5408.01 - Fiziki coğrafiya və biocoğrafiya, torpaq  coğrafiyası, landşaftın geofizikası və geokimyası

Elmi tədqiqat sahələri: meşəçilik, biocoğrafiya, ekologiya, torpaqşünaslıq

Əsas elmi nəticələr: Elmi fəaliyyət dövründə respublikanın dağlıq meşə ərazilərində meşə əkini fondu torpaqları tədqiq edilmiş və onların meşə meliorasiya üsulları hazırlanmışdır. Kürqırağı tuqay meşələrinin müasir vəziyyətini əks etdirən irimiqyaslı xəritə tərtib edilmiş, tuqay meşələrin bərpası üzrə elmə əsaslanmış tədbirlər sistemi hazırlanmışdır.

Respublikanın dağ və düzən meşə ekosistemlərinin yayılması qanunauyğunluqları, onların antropogen dinamikası tədqiq edilərək əsaslı elmi nəticələr əldə edilmişdir. Alınan elmi nəticələr biocoğrafiyanın tətbiqi istiqamətinə yönəldilmişdir : üç xarakterik dağ regionu üzrə meşənin təbii (ilkin) və müasir (antropogen) vəziyyətini göstərən xəritələr tərtib edilmiş və bu xəritələr əsasında bitki örtüyündən səmərəli istifadə etmək, meşələrin qoruyucu funksiyasını yüksəltmək üzrə tədbirlər sistemini əks etdirən xəritələr hazırlanmışdır.

Elmi-tədqiqat nəticəsində respublika ərazisində hələ öz təbii vəziyyətini az-çox saxlamış qiymətli meşə obyektləri aşkar edilmiş və onların mühafizəsi üzrə təkliflər hazırlanmışdır.

Tədqiqatların nəticələri bir sıra layihələrin hazırlanması və meşə təsərrüfatları tərəfindən meşə örtüyünün bərpası və mühafizəsi işində tətbiq olunur.

Təltif və mükafatlar: “Azərbaycanın meşələri” monoqrafiyası akad. H.Ə.Əliyev adına mükafata layiq görülmüşdür.

Əsas iş yeri və ünvanı:  AMEA, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, H.Cavid pr., 115

Xidməti tel.:   (+994 12) 5398348

Mobile:   (+99450) 669 75 68

Ev tel.:   (+99412) 570 14 37

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı : 192

 

Əsas elmi əsərlərin adları:

Прикуринские тугайные леса Азербайджана (монография). Изд. «Элм». Баку. 1974. 136 с.

Dekorativ yaşıllaşdırma “Gənclik”. Bakı. 1982. 88 s. (kitabça)

Yaşıl sərvətin keşiyində “Gənclik”. Bakı. 1982. 100 s. (kitabça)

Судьба  леса в руках человека. Азерб.гос.изд. Баку. 1983. 110 с. (моног)

Azərbaycanın eroziyaya uğramış dağ yamaclarında qozmeyvəlilərdən ibarət sənaye əhəmiyyətli plantasiyaların salınması, “Elm” 2002. 472 s. (monoqrafiya)

Təbiətin yaşıl libası  “Gənclik”. Bakı. 1988. 98 s. (kitabça)

Dendrologiya. “Ekologiya”. 2000. 261. s (ali məktəblər üçün dərslik)

Meşə və onun heyvanat aləmi “Ekologiya”. 2000.112. s. (kitabça)      

Azərbaycanın meşələri. Bakı “Elm”. 2008. 728 səh. (monoqrafiya)

 Ekologiya və ətraf mühitin mühafizəsi. Bakı “Elm”.2005. 880.s.(monoqrafiya)

Ekologiya, ətraf mühit və insan. Bakı. “Elm”. 2006. 608 s. (ali məktəblər üçün dərslik)

Ensiklopedik ekoloji lüğət. Bakı “Elm”. 2008. 728 s.

Ekoloji atlas (azərbaycan-rus dillərində). Bakı-kartoq.fabriki. 2009. 156 s.

Aqroekologiya. Bakı. “Elm” 2010. 512.s. (ali məktəblər üçün dərslik)

Ekoloji atlas (azerb-ingilis dillərində). Bakı-kartoq.fabriki. 2010. 168 s.

Aqroekologiya (Metodologiya, texnologiya, iqtisadiyyat). Bakı “Elm”. 2011 (ali məktəblər üçün dərslik). 448 s.

Azərbaycan. Ekoturizm potensialı: “Şərq-qərb” nəşr. 2012, I cild – 360 s., II cild – 420 s.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017