Paleocoğrafiya şöbəsi 1961-ci ildə yaranmışdır.

Şöbənin rəhbəri: 1961-1971-ci illərdə geologiya-mineralogiya elmləri doktoru prof. R.H. Sultanov.

 1971-2003-cü illərdə geologiya-mineralogiya elmləri doktoru, akademik Ə.V. Məmmədov.

 2003-cü ildən coğrafiya elmləri doktoru Bayram Cavad oğlu Ələsgərovdur.

 

TƏDQİQATIƏSAS İSTİQAMƏTLƏRİ VƏ MÖVZULARI

 Şöbənin əməkdaşları Dördüncü dövrün paleocoğrafiyasına dair geniş tədqiqat işləri apararaq bu dövrün ayrı-ayrı əsrlərinin stratiqrafiyasını, heyvanlar aləmini və bitki örtüyünün bərpası nəticəsində Azərbaycanda Dördüncü dövrdə baş vermiş iqlim dəyişmələrini, bununla əlaqədar olaraq Xəzər dənizində baş verən transqressiya və  reqressiyaları, bunların iqlim dəyişmələri ilə əlaqədar olaraq Böyük və Kiçik Qafqazda Pleystosenin müxtəlif əsrlərində formalaşmış buzlaşmalara dair geniş tədqiqat işləri aparmışlar.

Bütün bunlarla yanaşı dünyanın ən qədim insan düşərgəsi olan Azıx mağarasında geniş tədqiqat işləri aparılmışdır. Müəyyən edilmişdir ki, Azıx mağarasına ilk insanın məskunlaşması 1,8 mln. il əvvəl  Abşeron (Eopleystosen) əsrində baş vermişdir. Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, mağarada insanların məskunlaşması əsasən buzlaşma əsrlərində olmuşdur. Buzlaqarası istiləşmə əsrlərində isə açıq düşərgə və çay terraslarında məskunlaşmağa üstünlük vermişlər.

 

 

ƏSAS NƏŞRLƏR

 Şöbənin əmərdaşları tərəfindən 500-dən çox elmi məqələ, 5 iri həcmli monoqrafiya çapdan çıxmışdır.

 Мамедов А.В. и др. Геология четвертичных отложений Азербайджана. Баку: Элм, 1978, 166 с.

Мамедов А.В., Алескеров Б.Д. Палеогеография Азербайджана в раннем и среднем плейстоцене. Баку: Элм, 1988, 160 с.

Мамедов А.В., Алескеров Б.Д. Плейстоцен Азербайджана. Баку: «Nafta-Press», 2002. 190 с.

Велиев С.С. Древний, древний Азербайджан (историко-географические очерки). Баку: «Гянджлик», 1987.

Тагиева Е.Н. Эволюция природных условий Азербайджана в кайнозое. Известия НАН Азербайджана. Серия наук о Земле. 2008, № 2.

Велиев С.С., Алескеров Б.Д., Тагиева Е.Н. О возрасте Азыхской стоянки и климатических факторах миграции на Кавказе древнейших людей. Карабах в каменном веке. Материалы Международной научной конференции, посвященной 50-летию открытия палеолитической стоянки Азых в Азербайджане (3-7 октября 2010 г., Баку, Азербайджанская Республика). 2010.

Велиев С.С., Алескеров Б.Д., Тагиева Е.Н., Халилова У.Э., Алиев А.И. Климат и изменение уровня Каспийского моря в эоплейстоцене. Изв. НАНА. Науки о Земле. 2011. № 1.

Əməkdaşlar -6, o cümlədən: elmlər doktoru - 1, coğrafiya üzrə fəlsəfə doktoru - 2

Tağıyeva Yelena Nikolayevna - 1959-cu ildə anadan olub, 25.00.25 -  “Geomorfologiya və təkamül coğrafiyası”, coğrafiya elmləri doktoru, şöbə müdiri.

Tədqiqat istiqamətləri: Azərbaycan və Qafqazın ərazisinin Kaynozoy dövrünün paleocoğrafiyası, paleoekologiyası, Azərbaycanda insanın məskunlaşması ilə əlaqədar bitki örtüyünə təsiri, Azərbaycanın dağlıq ərazilərinin Subrestent spor-tozcuqları spektrləri, bitki örtüyünə əsasən keçmiş əsrlərin iqlim şəraitinin bərpası. Son 50 ildə antropogen faktorlarının təsiri nəticəsində bitki örtüyünün dəyişməsi kimi bir sıra tədqiqat işlərinin yerinə yetirilməsində geniş tədqiqat işləri aparmışdır. Bir çox respublika və beynəlxalq konfranslarda məruzələrlə iştirak etmişdir. 80-ə yaxın elmi məqalənin müəllifidir. Məqalələri Rusiya, Gürcüstan, Ukrayna və s. ölkələrdə nəşr olunmuşdur.

 

Fətəliyev Rəşid Əmənulla oğlu - 1954-cü ildə anadan olub, aparıcı elmi işçi, geologiya-minerologiya üzrə fəlsəfə doktoru.

Xəlilova Ülviyyə Ənvər qızı - 1969-cu ildə anadan olub, coğrafiya elmləri namizədi, böyük elmi işçi.

Tədqiqat istiqamətləri: paleocoğrafiya. «Eopleystosen və Erkən pleystosendə Azərbaycanın paleolandşaftları» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 10 elmi məqalənin müəllifidir.

 

Əliyev Əlilyar İslam oğlu - 1947-ci ildə anadan olub, böyük elmi işçi.

Tədqiqat istiqamətləri: paleocoğrafiya. Paleocoğrafiya şöbəsinin bütün qrafik işlərini yerinə yetirir. 11 elmi məqalənin müəllifidir.

 

Abdullayev Elşən Əlinasir oğlu - 1984-cü ildə anadan olub, elmi işçi

Qəşəmova Raminə Ramiz qızı - 1986-cı ildə anadan olub, mühəndis.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017