Şöbənin adı     Tibbi coğrafiya

 Tel.

 Faks

 Elektron poçtu:

 Şöbənin  rəhbəri:    Zakir Namin oğlu Eminov 

 İşçilərin ümumi sayı:    6

 Əsas fəaliyyət istiqamətləri və mövzuları:                     

   “Tibbi coğrafiya” şöbəsi 2016-cı ilin aprelində yaradılmışdır. Şöbə Azərbaycanda xəstəliklərin    yayılmasının təbii-coğrafi səbəblərini, yayılması xüsusiyyətlərini, təbii mühitin elementlərinin   insan sağlamlığına təsirinin öyrənilməsi üçün təşkil edilmişdir.  Şöbədə Azərbaycan Respublikasında təbii-coğrafi mühitin ayrı-ayrı komponentlərinin insanda xəstəliklərin əmələ gəlməsinə təsiri, müxtəlif kimyəvi elementlərin yayılması, antropogen və texnogen landşaftların   yayılma aeralları və bu ərazilərdə məskunlaşan əhali arasında xəstəliklərin yayılması arasında əlaqənin  öyrənilməsi istiqamətində tədqiqatlar aparılması nəzərdə tutulur.

  

Əsas elmi nəticələri:

2016-cı ildə şöbənin əməkdaşı Rzayeva Solmaz Rzayeva  Solmaz  İsaq qızı “Onkoloji xəstəliklərin əmələ gəlməsi və yayilmasına ekocoğrafi mühitin təsiri  (Azərbaycan Respublikası daxilində)” mövzusunda, 5400.01 – “İqtisadi coğrafiya” ixtisası üzrə dissertasiya işini tamamlamışdır.

 

Azərbaycanda tibbi coğrafiyanın inkişafı

     İqtisadi coğrafiyanın bir qolu olan tibbi coğrafiya elminin Azərbaycanda inkişafı AMEA akad. H.Ə.Əliyev adına coğrafiya İnstitutunun direktoru, akademik R.Məmmədovun təşəbbüsü ilə bağlıdır. Coğrafiya İnstitutunda çox böyük işlər görülməsinə baxmayaraq, tibbi coğrafiya sahəsi təəssüf ki, inkişaf etməmişdir. 2016-cı ilin aprelində Coğrafiya İnstitutunda “Tibbi coğrafiya” şöbəsi açıldı.

Tibbi coğrafiya xəstəliklərin coğrafi yayılmasını, bu yayılmanın səbəblərini və coğrafi mühitin əhalinin sağlamlığına təsirini öyrənir. Tibbi coğrafiya tibb elminin epidemiologiya, mikrobiologiya, gigiyena, patologiya sahələri, fiziki coğrafiyanın landşaftşünaslıq, iqlimşünaslıq, torpaq coğrafiyası, iqtisadi coğrafiyanın sosial coğrafiya və əhali coğrafiyası sahələri ilə sıx əlaqəlidir.

İnsanlar  yaşadığı  coğrafi mühitin təsirinə məruz qalır, qəbul etdikləri qidalar vasitəsilə müxtəlif kimyəvi maddələr alır. Onların bəzilərinin fizioloji normadan çox və ya az olması müxtəlif xəstəliklərə səbəb olur, əksər hallarda orqanların normal fəaliyyəti pozulur. Ona görə torpaq, bitkilər və ya havada olan müxtəlif maddələrin insan orqanizminə təsirinin öyrənilməsi vacibdir.

Xəstəliklərin yayılması  xüsusiyyətlərini və onlara məruz qalan insanların sağlamlığının təbii və sosial amillərinin  tədqiqi  mühüm əhəmiyyət kəsb edir. Xəstəliklərin coğrafi yayılması insanların yaşayış mühitinin formalaşmasında həlledici rola malik olan təbii kompanentlərin - iqlim, su, torpağın tərkibindən və müvafiq olaraq qida məhsullarında bəzi kimyəvi elementlərin olub-olmamasından asılıdır. Sosial amillər  olan maddi  yaşayış  şəraiti, əhalinin mədəni -  təhsil səviyyəsi, ənənəvi qidalanma, həmçinin insan orqanizminin fəaliyyəti, iş rejimi və şəraiti  onun inkişafı prosesində meydana çıxan problemlərlə  əlaqədar ürək-damar, qarın yatalağı, viruslu hepatit, xərçəng və s. xəstəliklər yaranır.

İlk dəfə olaraq Coğrafiya İnstitutunda “Tibbi coğrafiya” şöbəsində Azərbaycanda onkoloji xəstəliklərin yayılmasına ekocoğrafi mühitin təsiri mövzusunda tədqiqat işi aparılmışdır. 

Respublikamızda insan ölümünün səbəbləri arasında onkoloji xəstəliklər ikinci yeri tutur. Müasir dünyada xərçəng xəstəliyi təkcə səhiyyənin yox, həm də sosial, iqtisadi, ekoloji sahələrin problemidir. Bu xəstəlik bütün yaş qrupları, sosial-iqtisadi qruplar arasında, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə yayılmışdır. Hazırda onkoloji xəstəliklərin yaranma səbəblərinin və problemin həlli yollarının araşdırılmasına böyük ehtiyac vardır.

Onkoloji xəstəliklərin müxtəlif növlərinin artması insanları çox narahat edir. Ətraf mühitin çirklənməsi, geni dəyişdirilmiş qidalar, radiasiya və başqa səbəblər bilavasitə onkoloji xəstəliklərin yaranmasına səbəb olur. Müasir dövrdə ölkədə onkoloji xəstəliklərə tutulan insanların sayının çoxalması və gələcəkdə baş verəcək dəyişikliklərin tədqiqi bu sahədə problemlərin həlli yollarının müəyyən edilməsi tədqiqatların aparılmasını tələb edən amillərdir.   

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017