TARİX

1937-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı, daha sonra Azərbaycan EA-da Coğrafiya bölməsi yaradıldı. Həmin bölmədə 3 şöbə təşkil edildi ki, onlardan biri də “İqtisadi coğrafiya” şöbəsi idi.

1967-1990-cı illərdə “İqtisadi və sosial coğrafiya” şöbəsinin müdiri coğrafiya elmləri doktoru  B.T. Nəzirova idi.

Şöbəsinin ilk və indiki rəhbəri coğrafiya elmləri namizədi, dosent Paşayev Nəriman Əziz oğlu

 

 

TƏDQİQAT ISTIQAMƏTLƏRI VƏ MÖVZULARI

 Şöbədə İqtisadi coğrafiyanın həm ümumi-sənaye, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrinin ərazi təşkili, həm də yeni və xüsusi-tibbi, turizm, cinayətkarlıq və siyasi coğrafiya, ölkəşünaslıq sahələri üzrə tədqiqatlar aparılır.

 

 

 ƏSAS NƏTİCƏLƏR, NAILIYYƏTLƏR

 Müstəqillik illərindən başlayaraq “Azərbaycanın təbii ehtiyat potensialının (TEP) respublika və regional səviyyədə təsərrüfat baxımından  qiymətləndirilməsi”, “Regionların iqtisadi və sosial-coğrafi inkişaf problemləri”, “Aqrar sənaye kompleksinin ərazi təşkili”, “Nəqliyyatın və kommunikasiya sisteminin, turizmin ərazi təşkili”, “Siyasi-coğrafi problemlərin həlli istiqamətləri” mövzuları üzrə tədqiqatlar aparılmışdır.

Azərbaycan Respublikasının təsərrüfat quruluşunu yeniləşdirmək və təkmilləşdirmək üçün ölkənin TEP-dən səmərəli istifadə yolları, regionların kompleks inkişaf sxemi müəyyənləşdirilmişdir.

Respublikanın təsərrüfat sisteminin problemlərini əks etdirən xəritə, sxem və modellər tərtib edilmiş və onun həlli istiqamətlərini müəyyənləşdirməyə kömək edən dəyərli monoqrafiyalar və əsərlər çap olunmuşdur.

Şöbənin əməkdaşları -10;    coğrafiya ü.f.d. - 3, böyük elmi işçi - 2, elmi işçi - 1,  kiçik elmi işçi -4,  mühəndis - 1, laborant -1

 

Paşayev Nəriman Əziz oğlu – 1960-cı ildə anadan olub, coğrafiya elmləri namizədi, dosent, baş elmi işçi, şöbə müdiri.

70-dən çox elmi məqalənin, 22 elmi-publisistik əsərin və 2 monoqrafiyanın müəllifidir.

Əsas elmi əsərlərin adları:

1. Təbii fəlakətlərin iqtisadi və sosial-coğrafi öyrənilməsi. Bakı, Elm, 2004, 200 səh. (N.A. Babaxanovla müştərək)

2.Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası. Bakı, 2010, 416 səh. (N.H. Əyyubov və Z.N. Eminovla müştərək)

3. 12 ali məktəb proqramı

4. Böyük Britaniyanın coğrafiyası. Bakı, 2009, 192 səh. (A.A. Nadirov, Q.Ş. Məmmədov, R.M. Məmmədov, V.Ə. Əfəndiyev, M.A. Müseyibov, T.G. Həsənov, N.A. Babaxanovla müştərək)

5. Azərbaycanın iqtisadi və sosial coğrafiyası. Bakı, 2010, 496 səh. (A.A. Nadirov, Q.Ş. Məmmədov, R.M. Məmmədov, V.Ə. Əfəndiyev, M.A. Müseyibov, T.G. Həsənov, N.A. Babaxanovla müştərək)

 

Zəkəriyyəyeva Natella Tahir qızı - 1974-cü ildə anadan olub, coğrafiya üzrə fəlsəfə doktoru,  böyük elmi işçi.

2008-ci ildə “Azərbaycanda Böyük Qafqazın orta şəhərlərinin inkişafının tənzimlənməsi problemləri (Şəki, Şamaxı və Xaçmaz timsalında)” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

15 məqalə və 1 proqramın müəllifidir.

 

Cəfərova Natəvan Ramiz qızı - 1983, c.ü.f.d., böyük e.i.

 

Məmmədova Zöhrə Məmməd qızı - 1962, elmi işçi, 15 məqalənin müəllifidir. 

 

Səlimbəyova Lyudmila Nikolay qızı  - 1954, kiçik elmi işçi.

 

İmamverdiyev Nicat Söhrab oğlu -1988, kiçik elmi işçi.

 

Məmmədova Dilbər Ağa qızı - 1988, kiçik elmi işçi

 

Namazova Aysel  - 1991, kiçik e.i.

 

Ərtünov Nofəl Bünyami oğlu - 1991, laborant

 

Rəşidova Aidə Məhəmməd qızı - 1969, mühəndis.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017