Xəzər dənizinin moritorinqi

Tel.:           (+994 12) 5392945

Elektron poçtu:  rauf_gardashov@yahoo.co.uk

Şöbənin  rəhbəri:     AMEA-nın müxbir üzvü, f/r e.d. Rauf Hacı oğlu Qardaşov 

İşçilərin ümumi sayı:     6

Əsas fəaliyyət istiqamətləri:

     Peyk və in-situ ölçmə məlumatları əsasında Xəzər dənizinin hidrofiziki (temperatur, səth axımları, dalğa və külək) sahələrinin; neft ilə çirklənmənin; sahil xəttinin dinamikasının; “dəniz suyunun rəngi”nin monitorinqi.

 Əsas elmi nəticələri:

  1. Dəniz səthindən Günəş və lazer şüalarının əks olması probleminin həlli üçün “Güzgü əks nöqtələt  metodu”nun işlənməsi;

  2. Günəş parıltılarının statistik xarakteristikalarına görə dalğanın və küləyin xarakteristikalarını təyin edən məsafədən zondlama metodunun yaradılması;

  3. Geostasionar orbitdən müşahidə zamanı okean üzərində Günəş parıltısının yerinin dəqiq təyini metodunun işlənməsi;

  4. Peyk təsvirlərindən  coğrafi obyektlərin (sahil xətti, adalar, göllər) morfometrik xarakteristikalarının dəqiq təyini metodunun işlənməsi və bunu reallaşdıran proqram paketinin hazırlanması;

  5. Peyk təsvirlərindən neft ləkələrinin yerinin və xarakteristikalarının təyini metodunun işlənməsi.

  6. Xəzər dənizi səth qatı temperaturunun Yeri süni peykləri məlumatları əsasında tədqiqi

  7. Xəzər dənizi səthində neft ləkələri dinamikasının öyrənilməsi.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017