1937-ci ildə  SSRİ EA-nın Azərbaycan filialının tərkibində coğrafiya sektoru  yaradılmışdır. Beləliklə həmin ildən coğrafiya elmi məktəbinin əsası qoyulmuşdur. Bundan sonra  sistemli olaraq coğrafiya elmi bölmələri yaradılmışdır.1945-ci ildən isə coğrafiya sektoru əsasında AMEA-nın Coğrafiya institutu yaradıldı. Həmin ildən institutun tərkibində elmi kitabxana təşkil olunub.Bununla əlaqədar olaraq Sovet Ittifaqının müxtəlif şəhərlərindən  coğrafiya elminə dair müxtəlif ədəbiyyatlar toplanıb.

Coğrafiya institutunun kitabxanası iki böyük zaldan ibarətdir.Birinci zalda oxu zalı təşkil olunmuşdur.Zalda təzə kitabların sərgisi,dövrü mətbuatlar,jurnallar,ensiklopediyalar  mövcuddur.İkinci böyük zalda kitabxananın ümumi fondu,rus,azərbaycan və digər xarici dillərdə olan ədəbiyyatlar yerləşir.

Kitabxananın 370 oxucusu var.Bunlardan 220-si elmi işçilərdir. Digərləri isə müxtəlif  institutlardandır.Oxuculara  daimi mədəni xidmət göstərilir.Kitabxanamızın digər kitabxanalarla - M.F.Axundov adına kitabxana,  Geologiya İnstitunun kitabxanası, Mərkəzi elmi kitabxana və s. ilə geniş əlaqəsi  vardır.

Kitabxana fondumuzda kitabların sayı 56000-dir. Həmçinin kitabxana fondunda institutun arxivi yerləşir.Kitabxananın coğrafiya elminin inkişafında cox böyük rolu olmuşdur. Əlavə olaraq göstərmək olar ki, kitabxanada muxtəlif tədbirlər,o cümlədən, görkəmli alimlərimizin yubileyləri, konfranslar təşkil olunur. Bu yaxınlarda akademik H.Ə.Əliyevin 101 illiyi, akademik B.Budaqovun 85 illiyi və ümummilli liderimiz  H.Ə.Əliyevin 90 illik yubileyi təntənəli surətdə qeyd edildi. Bundan savayı hər il əməkdaşlarımızın nəşr olunan yeni kitablarının  sərgisi təşkil olunur.

Kitabxananın üç ali təhsilli işçisi vardır. Kitabxana müdiri - Məmmədova Ş.Ə., baş kitabxanaçı  Cəfərova M.S., kitabxanaçı Mütəllimova N.F.

Kitabların siyahısını yüklə

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017