Geoinformatika və kartoqrafiya

Tel.

(+99412) 5393302

Elektron poçtu

azizov.samil@mail.ru

Şöbənin  rəhbəri

c.ü.f.d. Əzizov Şamil Kamil oğlu

İşçilərin ümumi sayı

11

Əsas fəaliyyət istiqamətləri

Müxtəlif məzmunlu (fiziki-coğrafi, təbii komponentlər, əhali, iqtisadi və s.) xəritələr, ali və orta məktəblər üçün tədris xəritələrinin tərtibi, kompleks, tematik və tədris atlaslarının hazırlanması;

Kartoqrafik metodlardan istifadə edtməkllə landşaft komplekslərinin generalizasiyası, dinamika və proqnozlaşdırılmasının öyrənilməsi;

Böyük Qafqazın fiziki-coğrafi rayonlar üzrə geokomplekslərinin üfüqi strukturunun və landşaft müxtəlifliyinin dəyişmə tendensiyanın kartoqrafik təhlili və qiymətləndirilməsi;

Kartoqrafik landşaftometriyanın və onun müxtəlif elm sahələrinin qovşağında inkişafın  öyrənilməsi;

ArcCİS proqramından istifadə etməklə tematik xəritələrin tərtibi;

Coğrafiya İnstitutunun elektron informasiya bazasının yaradılması;

Əsas elmi nəticələri

- Müxtəlif məzmunlu (fiziki-coğrafi, təbii komponentlər, əhali, iqtisadi və s.) xəritələr, ali və orta məktəblər üçün tədris xəritələri tərtib olunur, kompleks tematik və tədris atlasları hazırlanıb;

- Kartoqrafik metodlardan istifadə edilərək landşaft komplekslərinin generalizasiyası, dinamika və proqnozlaşdırılması öyrənilib;

- Böyük Qafqazın fiziki-coğrafi rayonlar üzrə geokomplekslərinin üfüqi strukturunun və landşaft müxtəlifliyinin dəyişmə tendensiyanın kartoqrafik təhlili və qiymətləndirilməsi aparılıb;

- Kartoqrafik landşaftometriya və onun müxtəlif elm sahələrinin qovşağında inkişafı öyrənilib;

- ArcCİS proqramından istifadə etməklə tematik xəritələr tərtib edilib;

- Professional skaner vasitəsilə müxtəlif məzmunlu və miqyaslı xəritələr skan edilmiş və Coğrafiya İnstitutunun elektron informasiya bazasına daxil edilmişdir;

- Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında Azərbaycan respublikası Prezidentinin Sərəncamına (02.03.2016) əsasən bu istiqamətdə hazırlıq işləri görülür, 1:500000, 1:1500000 miqyaslarda olan əsas kartoqrafik baza xəritələr işlənilir.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017