Gənc alim və mütəxəssislər Şurası gəncləri elmi fəaliyyətə cəlb edir və onların fəaliyyətini  koordinasiya edir, elmi məsələlərin həlli üçün gənc alim və mütəxəssislərin səylərini birləşdirir, onların elmi fəaliyyətini, intellektual inkişafını, elmi konfranslarda, respublika və beynəlxalq səviyyəli mədəni tədbirlərdə iştirakını təmin edir, maraqlı insanlarla görüşlər təşkil edir, xeyriyyə aksiyalarında iştirak edir.

Gənc alim və mütəxəssislər Şurası həmçinin AMEA-nın ayrı-ayrı institutları, respublikanın digər ali təhsil müəssisələri və elmi təşkilatlarında fəaliyyət göstərən Gənc alimlər şuraları ilə əlaqələri genişləndirir, eləcə də Respublikanın və xarici ölkələrin elm müəssisələrində elmi-tədqiqat və innovasiya fəaliyyəti üzrə mövcud təcrübəni öyrənir. 

 

Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri:

1. Ələkbərova Samirə Oqtay qızı - sədr, c.ü.f.d., aparıcı elmi işçi

2. Abuşova Samirə Nəsib qızı - katib, elmi işçi

3. Osmanov Anar İmran oğlu

4. Həmidova Zərnurə Ənvər qızı

5. İmrani Zaur Tahir oğlu

6. Cəfərova Natavan Ramiz qızı

7. Ağakişiyeva Günəş Rafiq qızı

8. Kərimov Rövşən Nəriman oğlu

9. Əhmədova  Lalə Akif qızı

10. Hacıyeva Gülnar Nuru qızı

11. Süleymanov Məhəmməd Rasim oğlu

12. Qasımov Zaur Aydın oğlu

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017