Daxili su hövzələrinin problemlərinə həsr olunmuş Beynəlxalq konfrans keçiriləcək. 10.05.2018

AMEA ak. Həsən Əliyev adına Coğrafiya İnstitutu və Beynəlxalq İslam Ölkələri Elm və Okeanografik Texnologiya Şəbəkəsinin birgə təşkilatçılığı ilə 12-14 may tarixində Bakının Holiday Inn hotelində “Daxili su hövzələrinin problemləri: Xəzər dənizi hövzəsinin tematik öyrənilməsi” mövzusunda Beynəlxalq konfrans keçiriləcək.

Konfransın keçirilməsində əsas məqsəd Xəzər dənizi, Aral, Van və Urmiya gölləri hövzəsi üzrə mövcud problemlərin həlli yollarının araşdırılması, bu istiqamətdə  beynəlxalq elmi əməkdaşlıq mübadiləsinin genişləndirilməsidir.

Almaniya, İsveçrə, ABŞ,  Fransa, Rusiya və digər ölkələrin tədqiqatçı alimləri tədbirdə iştirak edəcəklər. Eləcə də Fransanın və İsveçrənin Azərbaycandakı səfirləri - xanım Oreliya Buşez və Filip Ştalderin də konfransda iştirakı gözlənilir.

 

KİV nümayəndələri tədbirə dəvətlidirlər.

Ünvan: Bakı şəhəri, Keykab xanım Səfərəliyeva küçəsi 5, “Holiday Inn” hoteli.

Zaman:  12  may 2018-ci il,  saat 9.00.

 

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2018