Azərbaycan – Rusiya coğrafiyaçılarının konfransı keçiriləcək 20.11.2017

Rusiya İctimai Coğrafiyaçılar Assosiasiyası və Azərbaycan Coğrafiya Cəmiyyəti bildirir ki, 10-14 may 2018-ci tarixində Azərbaycan – Rusiya İçtima–Coğrafiyaçılarının konfransı keçiriləcəkdir.

Konfransın mövzusu: «Azərbaycan və Rusiyada İçtimai Coğrafiya: XXI yüzillikdə onun inkişafının prioritetləri».  

Konfransın təşkilatçıları: Azərbaycan Coğrafiya Cəmiyyəti, Rusiya İctimai Coğrafiyaçılar Assosiasiyası.

Keçiriləcək yer: Azərbaycan Respublikası. Bakı şəh. Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.

Prioritet mövzu: - Azərbaycanda və Rusiyada XXI yüzillikdə ictimai coğrafiyanın inkişafının faktorları, tendensiyaları və prioritetləri.

- Azərbaycan və Rusiya müasir geopolitik, geoiqtisadi, geodemoqrafik və geomədəni proseslərdə.

- İctimai-coğrafiya sistemlərinin dinamikası və ərazi planlaşdırılması.

- Ekoloji təhlükəsizliyin ictimai-coğrafi aspektləri.

- Müasir ictimai-coğrafi proseslərdə landşaft fenomeni.

-İctimai coğrafiya və müasir texnoloji çağırışlar.

- Postsovet dövründə AR və RF regionların inkişafı.

Əsas tarixlər:

15 dekabr 2017-ci ilə qədər konfransda iştirak üçün məlumatın verilməsi. (Əlavələr);

1 aprel 2018-ci ilə qədər – konfransda əyani iştirakın təsdiqi və tezislərin təqdim edilməsi.

Konfransın dilləri: azərbaycan və rus.

Konfransda iştirak üçün məlumatı aşağıdakı ünvana göndərmək lazımdır:

Rusiyalı və rusdilli xarici həmkarlar – Aleksandr Georqeviç Drujinin, alexdru9@mail.ru

Azərbaycan və başqa həmkarlar – Eminov Zakir Namin oğlu, zakir_eminov@mail.ru

 

Hörmətlə,

Konfransın Təşkilatı Komitəsinin sədri,

akademik Ramiz Mahmud oğlu Məmmədov

Əlavə

Konfransda iştirak üçün sənədlər:

1.Ad, soyad, atanın adı

2.Elmi dərəcə, elmi rütbə, vəzifə

3.Təşkilatın, şəhərin, ölkənin tam adı.

4.E-mail ünvanı,

Məruzənin tezisi.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024