“Coğrafiya elminin Vikipediyada yeri” mövzusunda görüş keçiriləcək 21.09.2017

 

Sentyabrın 26-da, saat 10:00-da AMEA akad. Həsən Əliyev adına Coğrafiya İnstitutu və "Azərbaycan Vikimediya könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Vikipediyasının “Mövzulu ay” layihəsi üzrə “Coğrafiya ayının” keçirilməsi ilə əlaqədar olaraq Elmlər Akademiyasının Coğrafiya İnstitutunda “Coğrafiya elminin Vikipediyada yeri” adlı görüş keçiriləcək.

Tədbirdə vikipediya və vikimaniya, vikipediyanın coğrafiyası, vikitəlimlər, Cİ-nin bu sahədə əldə etdiyi uğurlar  və s. haqqında maraqlı təqdimatlar olacaq.

Arzu edənlər tədbirdə iştirak edə bilərlər.

Ünvan: H.Cavid prospekti, 115, AMEA-nın Əsas binası, 8-ci mərtəbə, konfrans zalı.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017