"Xəzər regionunun geologiya xüsusiyətləri" mövzusunda Beynəlxalq konfrans keçiriləcək 05.09.2017

Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti (ANGC) Avropa Yer Elmləri və Mühəndisləri Assosiyasiyanın ( EAGE ) Azərbaycan Bölməsi ilə birgə SPE operatorluğu altında 1-3 noyabr 2017-ci il tarixində Fairmont Baku mehmanxanasında "Xəzər regionunun geologiya xüsusiyətləri (dəniz və ətrafyanı neftqaz əraziləri)" mövzusunda 3 günlük Beynəlxalq Konfransın keçirilməsini elan edir.

Konfrasda aşağıdaki mövzularda məruzələrinin dinlənməsi planlaşdırılmışdır:

  1. Son illərin geofizika məlumatları əsasında Xəzər dənizi və bitişik hövzələrdə yeni regional tədqiqatların nəticələri;
  2. Sedimentasiya hövzələrin modelləşdirilməsi;
  3. Geokimya çəkilişin nəticələri və neftqaz potensialın proqnozları;
  4. Hövzələrin temperatur və təzyiq xüsusiyyətləri;
  5. Ana qayalıqların interval əsaslandırılması;
  6. Paleoloji tədqiqatların nəticələri;
  7. Rezrvuar xassələrinin sahə və şaquli dəyişiklikləri;
  8. Rezervuarların neft qiymətləndirilməsi
  9. Oliqosen-Miosen qalıqları: struktur xassələr; rezervuarların və tələlərin formalaşması; çuxur və fluidlərin geokimyəsi; potensial yataqlar.

1 səhifə həcmində tezislər (nümunə əlavə olunur) 1 avqust tarixinə qədər eaqe Ic [email protected], [email protected] , www.aspq.az  ünvanlara qəbul olunacaqlar.

Müəllif, seçilmiş bölüm, təqdimat növü (şifahi və ya stend) haqqında məlumatlar göstərilməlidir. Stend təqdimatlar müzakirə ilə 15-20 dəqiqə ərzində təqdim olunur.

Qeydiyyat haqqı:

  • AAPG, EAGE, ASPG üzvlər üçün - 200 euro;
  • AAPG, EAGE, ASPG üzvü olmayanlar üçün - 250 euro.

Tələbə və aspirantlar üçün:

  • AAPG, EAGE, ASPG üzvlər üçün - 50 euro;
  • AAPG, EAGE, ASPG üzvü olmayanlar üçün - 75 euro.

Paleogen çüxur çıxıntılar və palçıq vulkanlara qeydiyyat ilə ekskursiya nəzərdə tutuluşdur. Ödəniş haqqı AAPG, EAGE, ASPG üzvlər üçün - 20 euro, AAPG, EAGE, ASPG üzvü olmayanlar üçün - 30 euro.

Əlavə məlumat www.aspg.az , www.facebook.com/EAGE-LC-Azerbaiian səhifələrdə yerləşdiriləcəkdir.

Konfransın baş sponsorları: BP, SOCAR.

Sponsorlar: Total, Statoil, Schlumberger.

Təşkilat komitəsi