ŞÖBƏ MÜDİRLƏRİNİN NƏZƏRİNƏ!!! 22.06.2017

İyun ayının 22-dək şöbələrin elmi-tədqiqat hesabatlarını elmi katibə təqdim etməyiniz xahiş olunur

Hesabatda aşağıdakılar  öz əksini tapmalıdır:

  1. Şöbənin 2017-ci ilin birinci yarımilliyində elmi-tədqiqat işləri planlarının yerinə yetirilməsi haqqında ümumi məlumat (məlumat dolgun olmalı, şəkil, xəritə, cədvəl, qrafiklər varsa, əlavə edilməli)
  2. 2017-ci ilin birinci yarımilliyində təsərrüfat müqavilələrinə əsasən görülmüş işlər haqqında
  3. AMEA Rəyasət Heyəti tərəfindən maliyyələşdirilən elmi tədqiqat proqramlarının icra vəziyyəti haqqında
  4. Fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi haqqında
  5. Beynəlxalq əlaqələr və qrantlar haqqında məlumat (qrant layihəsinin icra müddəti, maliyyələşməsi, rəhbər və icraçıları qeyd olunmalı və görülən işlərin qısa icmalı verilməli)
  6. Nəşr fəaliyyəti (nəşr olunanlar və çapa verilənlər)
  7. İştirak etdiyiniz konfranslar, sessiyalar, seminarlar haqqında
  8. Elmi kadrların hazırlanması haqqında
  9. Təltiflər və mükafatlar haqqında
  10. Ezamiyyələr haqqında (şəxsin kimliyi, getdiyi yer, ezamiyyənin müddəti,  məqsədi, məruzənin mövzusu (əgər edibsə)
  11. Ekspedisiyalar haqqında (şəxsin kimliyi, getdiyi yer, ezamiyyənin müddəti,  məqsədi və nəticələri)

 

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017