Kiyevdə beynəlxalq konfrans 01.10.2013

 

Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları, coğrafiya üzrə fəlsəfə doktorları

– Sitarə Tarixazər, Zernura Həmidova və Samirə Ələkbərova   bu il 3-5 oktyabrda Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) Coğrafiya İnstitutunda gənc alimlər üçün keçırıləcək “Regionların inkişafında müasir problemlərin həlli istiqamətində coğrafiyanın potensial imkanları” adlı Beynəlxalq konfransda iştirak etmək üçün həmin institutun direktoru, akademik L. Rudenkodan dəvət almışlar.

Gənc  alimlərimiz orada "Dağlıq geokomplekslərdə sel hadisələrinin geodinamik aktivliyinin qiymətləndirilməsi (Böyük Qafqazın Azərbaycan hissəsi timsalında) mövzusunda məruzə ilə çıxış edəcəklər.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017